Modern.az

Çindən ABŞ və Kanadaya tələb

Çindən ABŞ və Kanadaya tələb

6 Dekabr 2018, 20:02

Çin ABŞ və Kanadaya qarşı ultimatumla çıxış edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qınq Şuanq çıxış edib.

 

Qınq Şuanq bildirib ki, ABŞ və Kanada hökumətləri “Huavey” texnologiya şirkətinin sahibi Ren Zenqfeyin qızı Menq Vanzhounun həbs edilməsi səbəbini izah etməli və onu dərhal sərbəst buraxmalıdır.

 

Qeyd edək ki, “Huavey”in sahibinin qızı və həm də şirkətin maliyyə direktoru Vanzhou Vaşinqtonun tələbi əsasında ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları yarmaq ittihamı ilə Kanadanın Vankuver şəhərində həbs olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir