Modern.az

Bakıda qumbara, partlayıcı, civə tapıldı

Bakıda qumbara, partlayıcı, civə tapıldı

6 Dekabr 2018, 20:16

Bakıda qumbara, partlayıcı və civə tapılıb.  Bu barədə Modern.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 

Belə ki, dekabrın 6-da saat 13:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 70 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qərərgahı Radiokimya laboratoriyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qərərgahı Radiokimya laboratoriyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd F-1 əl qumbarası və şüşə qabda 1 kq civə maddəsi aşkar olunub.

Aşkar olunan obyektlərin ətrafında 500 kv.m əraziyə yerüstü və 9 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə olaraq 1 ədəd UZRQM partladıcısı Agentliyin mütəxəssiləri tərəfindən aşkar olunmuşdur.

Şüşə qabda aşkar olunmuş 1 kq civə maddəsi Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin əməkdaşlarına aidiyyatı üzrə təhvil verilib, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı isə Agentliyin mütəxəssiləri tərəfindən götürülərək, məhv edilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əraziyə təkrar baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı