Modern.az

Xudatda partlayış: 2 yaralı

Xudatda partlayış: 2 yaralı

6 Dekabr 2018, 20:44

Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərindən birində partlayış baş verib. Modern.az Teleqraf.com-a istinadən xəbər verir ki, partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarət alıb.

 

Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı