Modern.az

İçərisində 117 nəfərin olduğu təyyarə faciədən son anda qurtuldu

İçərisində 117 nəfərin olduğu təyyarə faciədən son anda qurtuldu

7 Dekabr 2018, 00:28

İçərisində 112 sərnişin və 5 heyət üzvü olan təyyarə faciədən son anda qurtulub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-da qeydə alınıb.  "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının, Los-Anceles dairəsinin Boba-Hopa hava limanında uçuş-enmə zolağından kənara çıxıb.

Məlumata görə,  278-ci reys Oklenddən Byorbanka uçurmuş.

 

Hadisə zamanı təyyarədə olan 112 sərnişin və 5 heyət üzvündən heç biri xəsarət almayıb.

 

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsindən bildirilib ki, hadisəyə güclü yağış səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi