Modern.az

Barak Obama Nobel sülh mükafatını aldı

Barak Obama Nobel sülh mükafatını aldı

10 Dekabr 2009, 17:44

ABŞ prezidenti Barak Obama bir müddət öncə layiq görüldüyü Nobel sülh mükafatını dekabrın 10-da Norveçin paytaxtı Osloda keçirilən mərasimdə alıb. Obama

Bu ilki Nobel sülh mükafatına 205 namizəd irəli sürülmüşdü. 

BBC xəbər verir ki,

Nobel sülh mükafatı Barak Obamanın layiq görüldüyü yeganə mükafat deyil. İndoneziya paytaxtı Cakartada ona 10 yaşlı oğlan olaraq heykəl qoyulub.

Amerika prezidenti uşaqlığının dörd ilini İndoneziyada amerikalı anası və indoneziyalı ögey atası ilə birlikdə keçirib. 

Barak Obamanın heykəli uşaqlıqda yaşadığı evin yaxınlığındakı parkda qoyulub.

Prezident Obama 6 yaşəndan 10 yaşınadək İndoneziyada yaşayıb. Onun anası İndoneziya vətəndaşı ilə evləndikdən sonra Cakartaya köçüb.

Bürünc heykəldə Barak Obama sol əlində kəpənək tutub və ona baxaraq gülümsəyir.

Bu heykəli düzəldənlər deyir ki, bu gənc İndoneziya uşaqları üçün ümid və həvəs rəmzi olacaq. Onlar bu heykəldə bir vaxtlar öz ölkələrində yaşamış və böyük uğurlara sahib olan birini görəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi