22 mart 2019, Cümə
Ana Səhifə - İQTİSADİYYAT - Pensiya təyinatında qanunsuzluq aşkarlandı 
Pensiya təyinatında qanunsuzluq aşkarlandı 
07.12.2018, 11:49

Hesablama Palatasının növbəti Kollegiya iclasında 2016-2017-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri ilə bağlı Hesabat müvafiq qaydada müzakirə edilərək təsdiq olunub.

 

Modern.az xəbər verir ki, audit 2016-2017-ci illər üzrə 805850,9 min manat məbləğində vəsaiti əhatə edib.

 

1 yanvar 2018-ci ildə İdarə üzrə 63705 pensiya işi, o cümlədən 41181 ədəd yaşa görə (64,6%), 13104 ədəd əlilliyə görə (20,6%) və 9420 ədəd ailə başçısını itirmiş ailələrin (14,8%) pensiya işi mövcud olub.

 

2016-2017-ci illər ərzində təyin olunmuş 13596 sayda pensiya işinin 7668  ədədi və ya 56,4%-i yaşa görə, 5161 ədədi və ya 38,0%-i əlilliyə görə, 767 ədədi və ya 5,6%-i ailə başçısının itirilməsi səbəbindən təyin edilmiş pensiya işləri olub. Pensiya təyinatı üçün müraciət etmiş 26 nəfərin müraciəti  rədd edilib, 1 yanvar 2018-ci il tarixə İdarə tərəfindən 63705 nəfərə pensiya ödənişi həyata keçirilib.

 

Audit olunan dövr ərzində təyin edilmiş pensiya işlərinin seçmə üsulla araşdırılması nəticəsində 2016-2017-ci illər ərzində təyin edilmiş pensiya işləri üzrə nöqsanlar olub.

 

Pensiya təyinatı aparılarkən əcnəbilərin respublika ərazisində yaşayış statusu araşdırılmayıb, bir sıra hallarda Azərbaycan Respublikasının ərazisində sonradan daimi yaşamaq icazəsi almış vətəndaşlara onların respublika ərazisində müvəqqəti yaşadıqları dövrdə pensiya təyin edilib. 

Nazirlik tərəfindən elektron şəkildə təqdim edilmiş respublika üzrə aktiv olan pensiyaçıların adlı siyahısının İdarədə olan aktiv pensiya işlərinin adlı siyahısı ilə üzləşdirilməsi zamanı İdarənin pensiyaçılar üzrə elektron bazasında bir çox pensiyaçıların şəxsiyyət vəsiqələrinin seriya nömrələrində yanlışlıqların mövcud olduğu, həmin seriya nömrələrinin səhv göstərildiyi, İdarədə qeydiyyatda olan pensiyaçılardan 64 nəfərin eyni dövrdə Fondun 33 rayon (şəhər) şöbəsi üzrə də əmək pensiyası aldığı müəyyən edilib.

Eyni zamanda, əlilliyə görə əmək pensiyası təyin edilmiş 285 nəfər pensiyaçının pensiya təyin olunduqdan sonra və ya həmin dövrdə işlədiyi halda onlara pensiyanın sığorta hissəsi olmaqla artıq pensiya məbləğinin ödənildiyi, İdarə tərəfindən təqdim edilmiş aktiv əmək pensiyası alanların adlı siyahısının 22 iş üzrə pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesablarının bağlanılmadığı, Fondun 36 rayon (şəhər) şöbəsi üzrə 63 nəfərin müavinət almaq hüququnun olmamasına və ya həmin hüququn qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə bitməsinə baxmayaraq onlara ödənişlərin  davam etdirildiyi, bu nöqsanlar nəticəsində də artıq sosial müavinət ödənişinə yol verildiyi aşkar edilib.  

 

Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin edilməsi və ödənilməsi istiqamətində də nöqsanlara yol verilmiş, 53 halda artıq müavinət ödənilib.

 

İdarə tərəfindən audit olunan dövrün əvvəlinə olan 8176,2 min  manat məbləğində debitor borcların aradan qaldırılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş müvafiq tədbirlərin tam həyata keçirilməməsi səbəbindən həmin məbləğ audit olunan dövrün sonunda əvvəlinə nisbətən 4463,8 min manat və ya 54, 6 % artıb, daxili nəzarət fəaliyyəti qənaətbəxş səviyyədə təşkil edilməmiş və aparılmayıb, həyata keçirilmiş daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş pozuntu və nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər yetərli olmamış, həmin tədbirlər nəticəsində aşkar edilmiş eynitipli nöqsanlara hazırkı audit zamanı da rast gəlinib. 

 

Fərdi uçotun təşkili sahəsində də nöqsanlara yol verilib. Fərdi uçot üzrə müvafiq hesabatların sığortaolunanlar tərəfindən təqdim edilmədiyi hallarda zəruri tədbirlər həyata keçirilməmiş, müvafiq hesabatların və məlumatların olmaması səbəbindən ödənilmiş vəsaitlərin sığortaolunanların fərdi hesablarına işlənilməməsi hallarına rast gəlinib.  

 

Hesablama Palatasının Kollegiyası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, o cümlədən İdarənin müvafiq proqram təminatında müvafiq məlumat vərəqlərinin nömrəsi üzrə qeydiyyatının aparılması və məlumat vərəqələrini göndərən təşkilatların müvafiq məlumat bazaları ilə vahid rəqəmli qeydiyyat formasının tətbiqi, fərdi hesablara işlənilməmiş vəsaitin müvafiq sığortaolunanların fərdi hesablarına işlənilməsi, audit olunan dövrün sonuna olan debitor borcların aradan qaldırılması və sığortaedənlərdən sosial sığorta haqları üzrə yığım səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülməsi, eyni zamanda daxili nəzarət fəaliyyətinin gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

 

İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Kollegiya qərarının surəti göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək
22.03.2019, 13:19

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü
21.03.2019, 16:34

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
21.03.2019, 16:32

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”
21.03.2019, 16:10

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
21.03.2019, 15:50

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib
21.03.2019, 15:28

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Bakı-Sumqayıt magistralında yol qəzası
21.03.2019, 15:15

Bakı-Sumqayıt magistralında yol qəzası

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA
21.03.2019, 14:53

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
21.03.2019, 14:22

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq
21.03.2019, 13:37

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21.03.2019, 13:28

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var
21.03.2019, 13:26

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı
21.03.2019, 13:00

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı

Azercell daha bir uğura imza atdı
21.03.2019, 12:34

Azercell daha bir uğura imza atdı

Qaradağda 2 otaqlı evdə YANĞIN
21.03.2019, 12:17

Qaradağda 2 otaqlı evdə YANĞIN

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21.03.2019, 11:26

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Polis həyətində çətənə əkəni saxladı
21.03.2019, 11:25

Polis həyətində çətənə əkəni saxladı

Bakı Novruzu belə qeyd edir - FOTOLAR
21.03.2019, 11:15

Bakı Novruzu belə qeyd edir - FOTOLAR

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ
21.03.2019, 11:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ

ARXİV