Modern.az

Deputat azərbaycanlı milyonçuları ittiham etdi

Deputat azərbaycanlı milyonçuları ittiham etdi

7 Dekabr 2018, 12:53

“Ermənistanda hər zaman iqtisadi, siyasi vəziyyət ağırlaşan kimi dərhal Naxçıvan məsələsi oraya çıxır. Vaxtilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ermənilərin Naxçıvana qarşı iddialarına birdəfəlik son qoyuldu”. 


Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin plenar iclasında çıxış edərkən deyib.

Komitə sədri bildirib ki, dövlətlər, dövlət başçıları, xalqlar arasında münasibətlər aydındır:


“Bu gün Azərbaycanla Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrələnən kimlərdir? Əlbəttə, həmçinin Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur, niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər? İrəvanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda tədbirlər təşkil olunmur. Axı, siz Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz?”.


S.Novruzov söyləyib ki, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələri Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir:

“Rusiya parlmentində bir Zatulun var, amma başqaları da var. Onlar dəvət edilməli, Azərbaycanı dəstəkləyən mövqelərini ortaya qoymalıdırlar. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz ölkələri, millətləri qarşısında məsuliyyətlərini dərk etməlidirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı