Modern.az

Penitensiar xidmətin Mühafizə Alayının əsgəri ölməyib, yaralanıb  

Penitensiar xidmətin Mühafizə Alayının əsgəri ölməyib, yaralanıb  

7 Dekabr 2018, 13:05

Ədliyyə Nazirliyi Penitensiar xidməti əsgər ölümü ilə bağlı məlumatlara aydınlıq gətirib.

 

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əsgər yaralanması qeydə alınıb:

“6 noyabr 2018-ci ildə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.

Əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib”.
 

Rəsmi məlumata görə, hazırda əsgər Orxan Qarayevin vəziyyəti stabildir:

“Həkim nəzarəti altındadır. Faktla bağlı Bakı şəhər Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır”.

 

Qeyd edək ki, bəzi KİV-lərdə Penitensiar xidmətin Mühafizə alayında intihar hadisəsi baş verdiyinə dair məlumatlar yayılıb. Bildirilib ki, hələlik adı məlum olmayan 12-ci bölüyün əsgərinin özünü avtomat silahla vurub və nəticədə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı