Modern.az

Robert Koçaryan yenidən həbs olunacaq

Robert Koçaryan yenidən həbs olunacaq

7 Dekabr 2018, 16:51

Ermənistan Appelasiya Məhkəməsi eks-prezident Robert Koçaryanın zaminə buraxılması barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Ayk Alumyan jurnalistlərə açıqlamasında deyib.

 

Məhkəmə işi noyabrın 27-də başlayıb. İclasda 6 nəfər, o cümlədən Baş prokuror Artur Davtyan da qatılıb. Robert Koçaryan 10 nəfərin ölümünə səbəb olan 2008-ci ilin 1 mart hadisələri zamanı kütləyə güc tətbiq edilməsi barədə göstəriş verməkdə ittiham olunur.

 

    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu