Modern.az

Həmsədrlər Madrid sənədinin yeni variantını Azərbaycan və Ermənistana təqdim edəcəklər

Həmsədrlər Madrid sənədinin yeni variantını Azərbaycan və Ermənistana təqdim edəcəklər

Təhsil

10 Dekabr 2009, 18:15

“Yaxın vaxtlarda ATƏT-in Minsk qrupu həmsədrləri  Bakı və Yerevana Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının  baza prinsiplərini nəzərdə tutan Madrid sənədinin yeniləşmiş variantını təqdim edəcəklər”. Modern.az-ın “İnterfaks” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko Moskvada keçirdiyi bugünkü brifinqdə açıqlama verib. “Madrid sənədinin  son 2 ildə Azərbaycan və Ermənistan prezidentləri arasında  baş tutmuş müzakirələri  nəzərə alınmaqla həmsədrlər Madrid sənədinin yeniləşmiş variantını işləyib hazırlayıblar, bu sənəd yaxın vaxtlarda tərəflərə  təqdim olunacaq”-deyə  Rusiya XİN rəsmisi bildirib.

 

O, xatırladıb ki, Madrid sənədində ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən nizamlamanın baza prinsipləri əksini tapıb. Sənəd 2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində Azərbaycan və Ermənistan nümayəndələrinə təqdim olunub. 

“Əgər danıqlar prosesində cari ildə əldə olunmuş müsbət dinamika qorunub saxlanarsa, onda nizamlamanın baza prinsiplərinin kifayət qədər tezliklə və sonuncu  razılaşdırılmasına,  onların əsasında isə sülh sazişinin mətninin işlənib hazırlanmasına ümid etmək olar”-deyə Nesterenko bildirib.

 

Azərbaycan rəhbərliyinin Minsk qrupunun fəaliyyətindən narazılq etməsi barədə yayılan məlumatlara gəlincə, Nesterenko deyib: “Rusiya tərəfi Azərbaycan rəhbərliyinin Minsk  qrupunun və onun həmsədrlərinin vasitəçilik fəaliyyətindən narazılğı ilə bağlı hər hansı siqnal almayıb. Ancaq həmsədrlərin fəaliyyətindən minnətdarlıq dəfələrlə ifadə olunub”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür