Modern.az

Qurban Qurbanov milli komandadan istefa verdi

Qurban Qurbanov milli komandadan istefa verdi

8 Dekabr 2018, 13:31

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Modern.az-ın xəbərinə görə, iclasda milli komandasını son 1 il ərzində göstərdiyi nəticələr müzakirə olunub.

 

Müzakirələrdən sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanov postundan istefa verib.

 

“Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı. Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır.

Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi. Mən millini “Qarabağ”dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim. Bura gələrkən belə olacağını təxmin etmişdim. Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam”- deyə Q.Qurbanov istefası haqda danışarkən  bildirib.

 

Qeyd edək ki, Qurban Qurbanov ötən ilin sonunda bu posta təyin olunmuşdu.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər