Modern.az

Ərdoğan: “Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir” - VİDEO

Ərdoğan: “Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir” - VİDEO

Aktual

9 Dekabr 2018, 00:17

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada keçirilən etiraz aksiyalarından bəhs edib. Modern.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Parisi cənginə alan aksiyalardan danışarkən bunun Avropada demokratiyanın uğursuzluğu, söz azadlığı və insan haqlarına riayət olunmamamsı ilə bağlayıb.

"15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar. Bir çox Avropa ölkəsinin, xüsusilə də Parisin küçələri bir-birinə qarışıb. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir. Bizim polisimiz daha mərhəmətlidir", - deyə Ərdoğan bildirib.

Ərdoğan rəsmi Ankaranın həm nümayişçilərin yaratdığı xaosa, həm də etirazçılara qarşı həddindən artıq güc tətbiqinə qarşı olduğunu vurğulayıb.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?