Modern.az

Ermənistanda erkən parlament seçkiləri keçirilir

Ermənistanda erkən parlament seçkiləri keçirilir

Aktual

9 Dekabr 2018, 09:00

Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilib.


Modern.az news.am-a istinadən xəbər verir ki, yerli vaxtla 08:00-da bütün ölkə üzrə 2010 seçki məntəqəsi açılıb.


Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Seçkilərdə 11 siyasi qüvvət iştirak edir: "Mənim adımım" və "Biz" blokları, "Milli proqres", "Çiçəklənən  Ermənistan", "İşıqlı Ermənistan", "Ermənistan İnqilabçı Federasiyası", "Ermənistan Respublikaçı Partiyası", "Sasna Tzrer ", "Vətəndaş qərarı", " Sosial Demokrat ", "Xristian-Milli Dirçəliş" və "Orinat Yerkir". 

Partiyaların 5%-lik səs baryerini keçməsi lazımdır, bloklar üçün isə bu hədd 7% -dir.Səsvermə 20:00-dək davam edəcək. Xaricdə olan vətəndaşlar ölkəyə qayıtmadan seçkilərdə iştirak edə bilməyəcəklər.


Rəsmi məlumatlara görə, Ermənistanda seçicilərin reyestrində 2,774,916 seçici qeydə alınıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür