Modern.az

Silahlı aksiyaçılar həbs edildi - sayları AÇIQLANDI

Silahlı aksiyaçılar həbs edildi - sayları AÇIQLANDI

9 Dekabr 2018, 11:41

Fransada "sarı jiletlilər"in şənbə günü keçirdiyi etiraz aksiyasında saxlanılanların sayı 1726 nəfərə çatıb.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib.

O, bildirib ki, aksiyanın 1220 iştirakçısı həbs edilib. Polisin saxladığı aksiyaçıların böyük hissəsi Parisin payına düşür. Rəsmi açıqlamaya görə, burada 1150 nəfər saxlanılıb. Onlardan 619 nəfəri həbs edilib.

Saxlanılanların çoxunda silah aşkarlanıb. Lakin onların vəkilləri bildirib ki, müdafiə etdikləri şəxslər baş verənlərə qəti şəkildə etirazlarını bildirmək istəyiblər, onlar zorakılıqdan istifadə etməyiblər. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır