Modern.az

Ermənistanda növbədənkənar seçkilər başa çatıb - YENİLƏNİB

Ermənistanda növbədənkənar seçkilər başa çatıb - YENİLƏNİB

Aktual

9 Dekabr 2018, 21:22

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

Modern.az xəvbər verir ki, saat 20:00-da ölkə üzrə bütün seçki məntəqləri bağlanıb, səslərin sayılmasına start verilib. Yaxın saatlarda seçkinin ilkin nəticələri açıqlanmalıdır. Seçici fəallığının aşağı olduğu bildirilir.

 

***

Ermənistanda keçirilən parlament seçkisində yerli vaxtla saat 17-dək seçkidə təxminən 40 faiz seçici iştirak edib.

Modern.az xəvbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti Mərkəzi Seçki Komisiyasına istinadla bildirib.

Seçkilərdə yeni Milli Məclis mandatları üçün Mərkəzi Seçki Komissiyası tərəfindən 11 siyasi qüvvə qeydə alınıb - 9 partiya və 2 seçki bloku.

Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkiləri seçici passivliyi və kobud qanun pozuntuları ilə müşayiət olunur. Məlumatlara görə, bir çox yerlərdə bölgə rəhbərləri vətəndaşları Nikol Paşinyanın “Mənim addımım” blokuna səs verməyə çağırıbalar.

Yaxın saatlarda seçkinin ilkin nəticələri bəlli olmalıdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı