Hollivudun 47 yaşlı məşhur aktyoru Bred Pitt II Dünya Müharibəsindən qalma rus tankı alıb. Modern.az saytının xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, B.Pitt Budapeştdə axırıncı dəfə çəkildiyi “World Wor Z” filminin çəkilişləri zamanı bəyəndiyi tankı maşın kolleksiyasına daxil etmək qərarına gəlib. 1947-ci ildə istehsal edilən, 36 ton ağırlığındakı “T54” markalı tank B.Pittin Los-Ancelsdəki evinə gəmi vasitəsilə göndərilib.
B.Pitt tankı neçəyə aldığı barədə isə məlumat verməyib.
Modern.az