Modern.az

Sərkisyan Qarabağ münaqişəsini Latviya prezidenti ilə müzakirə edib

Sərkisyan Qarabağ münaqişəsini Latviya prezidenti ilə müzakirə edib

10 Dekabr 2009, 18:56

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli problemini bu gün Yerevanda səfərdə olan Latviya prezidenti Valdis Zatlerslə müzakirə edib. Modern.az-ın “Novosti-Armeniya” xəbərlər agentliyinə istinadən yaydığı məlumata görə, Sərkisyan Latviyanın Qarabağ nizamlanmasında konstruktiv və balanslı mövqeyinə yüksək qiymət verdiyini bildirib.

 

 “Biz belə bir ümumi fikrə gəlmişik ki, münaqişələr güc tətbiq olunmadan sülh yolu ilə həll olunmalıdır”-deyə Sərkisyan bildirib. Onun sözlərinə görə, konfliktlər, eləcə də Qarabağ münaqişəsi danışıqlar yolu ilə və beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır. 

 

Sərkisyan Qarabağ münaqişəsinin həllinə yanaşmada balanslı münasibət sərgilədiyinə görə Latviyaya  təşəkkür edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır