Modern.az

Paşinyanı 3 problem GÖZLƏYİR

Paşinyanı 3 problem GÖZLƏYİR

10 Dekabr 2018, 10:16

“Ermənistanda aylardır gözlənilən parlament seçkisi arxada qaldı. Bu Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşdü. Belə ki, 2 ermənidən biri seçkiyə getməyib. Bəs niyə belə aşağı fəallıq olub? Bu Ermənistandakı keçmiş seçkilərin kütləvi saxtakarlıqla keçdiyinə işarədir”.

 

Modern.az saytının məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistandan keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.

 

O bildirib ki, keçmiş prezidentlər və hakim partiya administrativ rerursdan gen bol istifadə edir, seçki günü rəqəmləri şişirdirdi.

İndi isə seçki məntəqəsinə nə qədər seçici gəlib o qədərinin də statistikası aparılıb. Belə çıxır ki, əvvəlki illərdəki seçici passivliyi daha böyük miqyasda olub”-deyə E.Şahinoğlu qeyd edib.

 

Ekspertin fikrincə, Nikol Paşinyan siyasi həyata canlanma gətirdi, ancaq bu seçici marağını artırmadı.

 

“Buna baxmayaraq, Paşinyanın lideri olduğu partiyanın qələbə çaldığı aşkardır, o təkbaşına hökuməti formalaşdırmaq imkanı qazanacaq. 20 ildən sonra “Qarabağ klanı” rəsmən hakimiyyətdən uzaqlaşdırıldı. Paşinyan qısa müddət ərzində təkbaşına hökuməti formalaşdıracaq".

 

Politoloqun sözlərinə görə, qarşıda Paşinyanə 3 çətin vəzifə gözləyir. 

 

"1. Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasa, cəbhə bölgəsində vəziyyət gərginləşəcək. Üstəgəl, Qarabağdakı girovlarımızın “hamının hamıya” dəyişdirilməsini uzada bilməyəcək;

2. İqtisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri tərəfdən də Ermənistanın artan xarici borc problemini həll etməlidir;

3. Xarici siyasət kursunu müəyyənləşdirməlidir. Rusiya və Qərb arasında vurnuxması Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir”.

 

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası ötən gün  keçirilən erkən parlament seçkilərinin nəticələrini açıqlayıb.

 

Nəticələrə görə, hazırkı baş nazir səlahiyyətlərinin icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku 70.43 faizlə (884456 səs) qalib gəlib.

Seçkilərdə ikinci yeri 8.27 faizlə (103824 səs) "Çiçəklənən Ermənistan"partiyasının lideri (Qaqik Ttsarukyan) tutub.

Edmon Marukyanın lideri olduğu "İşıqlı Ermənistan" partiyası isə səslərin 6.37 faizini (80024 səs) toplamaqla üçüncü olub.  

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir