Modern.az

“Onun yanında özümü azərbaycanlı qadın hiss edirdim” - Fərman Salmanovun XANIMI

“Onun yanında özümü azərbaycanlı qadın hiss edirdim” - Fərman Salmanovun XANIMI

10 Dekabr 2018, 11:46

Görkəmli neftçi-geoloq Fərman Salmanov Sibir neffinin kəşfində əvəzsiz rol oynayıb. Məhz bu xidmətlərinə görə onun adının Surqut aeroportuna verilməsi barədə qərar verildi.

Modern.az xəbər verir ki, bu əlamətdar hadisə ilə bağlı mərhum neftçinin xanımı Tatyana Vasilyevna “Azərros”un saytına müsahibə verib.

 

“Ailəmiz Fərman Salmanovun “Rusiyanın dahi adları” müsabiqəsində ən çox səs alaraq, adının Surqut şəhər aeroportuna verilməsindən çox sevindi. Bilirsiniz ki, Nijnevartovsk şəhərində də ona az səs verən olmadı. Onun oğlu həmin şəhərdə yaşayır və səsvermədə az rol oynamadı. Rusiyadakı azərbaycanlılar da səsvermədə aktivlik göstərdi. Azərbaycandan çoxlu təbrik zəngləri gəldi. Fürsətdən istifadə edərək Fərman Salmanovun Rusiyanın müxtəlif şəhərlərində yaşayan uşaqları, nəvələri və nəticələri adından Surqut şəhərinin sakinlərinə, onun soydaşlarına və bütün səs verənlərə təşəkkürümü bildirirəm”.

 

Tatyana Vasilyevna mərhum Fərman Salmanovun işıqlı və şən insan olduğunu da xatırladıb.

“Fərman həmişə bayram əhval-ruhiyyəsində idi. Onun yanında özümü azərbaycanlı qadın kimi hiss edirdim. Ona həyatda yardımçı olmaq – təsərrüfat işləri görmək, uşaqların tərbiyəsi ilə məşğul olmaq əsas məqsədim idi. Tələbələrin bu gün də oxuduğu 3 texniki kitab yazmaq, 2 avtobioqrafiya və 1 dissertasiya müdafiə etmək həddən artıq vaxt tələb edir. O ancaq işi haqda fikirləşirdi və mahiyyətcə çox məsuliyyətli insan idi. Bu gün Fərmanın qızı Sankt-Peterbuqrda yaşayır. Onun nəticəsi məktəbdə 11-ci sinfə gedir. Yaxınlarda o, babasına həsr olunmuş inşa da yazmışdı. Ailəmizdə Fərmanın xatirəsi hamımız üçün əzizdir”.

 

 

 

 

 

 

 

  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir