Modern.az

Tanınmış həkim Mehdi Mehdiyev vəfat edib  

Tanınmış həkim Mehdi Mehdiyev vəfat edib   

10 Dekabr 2018, 12:05

Tanınmış həkim, Tibb Universitetinin sabiq müəllimi Mehdi Mehdiyev qəfildən keçinib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun oğlu Aqşin Mehdiyev sosial şəbəkədə məlumat yayıb: “Doktor Mehdi Mehdiyev Şahdağ dağında Heydər Əliyev zirvəsini hər il olduğu kimi bu dəfə də ziyarət edərkən zirvəyə qalxan yolda ürəyində yaranan infarktdan qəflətən keçinib”.

Mehdi Mehdiyev bu gün ata yurdu Bərdə rayonunda son mənzilə yola salınacaq.

Oğlu yas mərasimi Bərdə şəhərində olacağını bildirib.

Mehdi Mehdiyev əvvəllər Müsavat Partiyasında təmsil olunub, qurumun Tibb və ekologiya komissiyasında çalışıb. Sonradan partiyanı tərk edib.

2009-cu ildən bəri Mərkəzi Gömrük Hospitalında həkim-infeksionist işləyirdi. O, medianın mütəmadi olaraq müraciət etdiyi tibb ekspertlərindən idi.

Allah rəhmət eləsin...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır