Modern.az

Ermənistan parlamentində qüvvələrin yeni NİSBƏTİ

Ermənistan parlamentində qüvvələrin yeni NİSBƏTİ

10 Dekabr 2018, 13:50

Ermənistanın yeni parlamentində 132 deputat olacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bundan əvvəlki çağırışda deputatların sayı 105 olub.

 

Deputatların sayının 105-dən 132-yə qalxması Paşinyanın başçılıq etdiyi “Mənim addımım” blokunun 70%-dən çox səs alması ilə bağlıdır. 

Seçki Məcəlləsi müxalifətin ən azı kürsülərin 31-dən çoxunu tutmasını tələb qoyur.

Hesablamalar göstərir ki, hakim “Mənim addımım” bloku parlamentdə 88 mandata malik olacaq.

“Çiçəklənən Ermənistan” partiyası əlavə yerlərlə birlikdə 26, “İşıqlı Ermənistan” isə 18 deputat kürsüsünə malik olacaq.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər