Modern.az

Qubada yanğın törədən şəxs saxlanıldı

Qubada yanğın törədən şəxs saxlanıldı

Aktual

10 Dekabr 2018, 15:47

Dekabr ayının 8-də gecə saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb.


Dindirilmə zamanı F.Ağamirzəyev törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmişlə aralarında illərdir ədavət olduğunu bildirib. Həmin gecə içkili vəziyyətdə zərərçəkmişə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə gizlicə daxil olduğunu bildirən F. Ağamirzəyev, orada yanğın hadisəsi törədərək ona maddi ziyan vurmaq istədiyini əlavə edib.

 

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir