Modern.az

Şabranda evdən 2900 manat oğurlanıb

Şabranda evdən 2900 manat oğurlanıb

11 Dekabr 2018, 00:27

Şabranda mənzildə oğurluq hadisəsi baş verib.

 

Modern.az-ın "Report"a istinadən verdiyi məlumata görə, rayonun Z.Əliyeva küçəsinin sakini Tərlan Əmirağa oğlu Rəsulov ailə üzvləri ilə birlikdə toydan qayıdarkən evindən oğurluq edildiyini görüb.

O, hadisə ilə bağlı Şabran Rayon Polis Şöbəsinə müraciət edib. T.Rəsulov mənzilindən 2900 manatın oğurlandığını bildirib.

T.Rəsulovun həyat yoldaşı stress vəziyyətinə düşdüyündən ailə üzvləri təcili tibbi yardıma müraciət edib və qadına ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...