Modern.az

Siqaretə görə cərimələr qüvvəyə mindi: 40-50 manat...

Siqaretə görə cərimələr qüvvəyə mindi: 40-50 manat...

11 Dekabr 2018, 10:21

Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmi hüquqi qüvvəyə minib.

 

Modern.az xəbər verir ki, bunu ekspert Ərşad Hüseynov bildirib.

O qeyd edib ki, sürücüləri qaydalara riayət etməyə çağırıb:

“Taksi sürücüləri və taksidən istifadə edənlər yadda saxlasınlar ki, bu gündən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə aldı.
İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilər”.

Ekspert çıxış yolu kimi siqareti tərkitməyi məsləhət görüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir