Modern.az

19 yaşlı gənc itkin düşdü - FOTO  

19 yaşlı gənc itkin düşdü - FOTO   

Aktual

11 Dekabr 2018, 10:21

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Quba rayonunun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.   


Elmar Məmmədovun əlamətləri belədir:
Boyu 180-185 sm., orta bədən quruluşlu, ağbəniz və uzunsov sifətli, saçlarının rəngi şabalıdı, sol qolunun bilək nahiyyəsində əməliyyat izləri var. Evdən çıxan zaman onun əynində qara rəngli qış gödəkcəsi və qara rəngli qış ayaqqabıları olub. 


Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə
02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.     

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!