Modern.az

11 ayda 498 vaqon dezinfeksiya olundu

11 ayda 498 vaqon dezinfeksiya olundu

11 Dekabr 2018, 10:31

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsinin əsas vəzifəsi dəmir yolu vasitəsi ilə daşınan heyvanların (iribuynuzlu, quş, arı ailələri, balıq, xəzdərili və s. heyvanlar daxil olmaqla), həmçinin yemlərin baytarlıq-sanitariya tələblərinə uyğunluğunu təmin etmək, heyvanların xəstələnməsinin və ölümünün qarşısını almaq, insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən əhalini qorumaq, ümumilikdə, dəmir yolu ilə daşınma zamanı respublika ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu xəstəliklərdən qorumaq və profilaktik tədbirlər görməkdir.

 

Modern.az xəbər verir ki, Hazırda bir sıra ölkələrdən, o cümlədən Rusiya, Ukrayna, Latviya, Belarusiya, Ruminiya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir. Daşınan yükdən boşaldılmış vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır.

Ələt yuma-dezinfeksiya məntəqəsində işlər yüksək səviyyədə qurulub və məntəqə bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.

Qeyd edək ki, 2018-ci ilin 11 ayı ərzində respublikaya daxil olan 1407 vaqondan 498 vaqon yuyulub dezinfeksiya olunub. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir