Modern.az

Ədəbi darğalar və ədəbi qarğalar

Ədəbi darğalar və ədəbi qarğalar

11 Dekabr 2018, 10:34

Firuz Mustafa

“Darğa” və “qarğa” sözləri təsadüfən qafiyələnsə də, məni bu məsələnin formal tərəfi deyil, əsl mahiyyəti ilgiləndirir.

Bəli, az qala həyatımızın bütün sahələrində, məsələn, elmdə, siyasətdə, mədəniyyətdə haqqında bir-iki kəlmə söz demək istədiyim “qarğalar” və “darğalar” bizimlə çiyin-çiyinə, yanaşı addımlayır.

Amma indiki halda konkret olaraq ədəbi darğalar və ədəbi qarğalar haqda beş-üç cümlə yazmaq istəyirəm.

Ədəbi darğalar əsasən hansısa bir əsər və ya müəllif haqda fikir söyləyir. Əslində fikir də söyləmir ey, hökm verir. Az qala hökm də vermir ey, fətva verir. Məsələn, ədəbi darğalar desə ki, filan əsər əlildir, lap elə zəlildir və ya filan əsərin müəllifi kafirdir, lap elə gavurdur, elə həmin andaca ədəbi qarğalar ağız-ağıza verib qarılaşacaq, ləbbbey deyəcəklər. Bəzən bir az fərqli situasiyalar da yaranır. Məsələn, əvvəlcə ədəbi qarğalar daha əvvəl qarıldaşmağa başlayırlar, bundan sonra isə ədəbi darğalar hərəkətə gəlib fətva verirlər.

Bir sözlə, ədəbi darğalarla ədəbi qarğalar öz fəaliyyətlərini çox gözəl uzlaşdırıblar. 

Qısası, ədəbi darğalarla ədəbi qarğalar arasında hətta, rəhmətlik Hegelin belə, qibtə edə biləcəyi bir dialektik əlaqə mövcuddur.

Sonda. Özünüzü ədəbi darğalardan və ədəbi qarğalardan qoruyun.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi