Modern.az

40 ildən sonra Bakıda “Romeo və Cülyetta” ilə görüş

40 ildən sonra Bakıda “Romeo və Cülyetta” ilə görüş

Mədəni̇yyət

14 Noyabr 2011, 15:20

40 illik fasilədən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dünya dramaturgiyasının ölməz nümunələrindən olan ingilis dramaturqu Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərinə yenidən müraciət etdi. Bu günlərdə teatrda eyniadlı tamaşaya ictimai baxış keçirilib. İki hissəli məhəbbət faciəsinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsusdur. Tamaşada əsas rolları Günel Məmmədova (Cülyetta), Elnur Kərimov (Romeo), digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Seyidşah Məmmədov, Şövqi Hüseynov, Kəmalə Hüseynova, Leyli Vəliyeva, aktyorlar Nəsibə Eldarova, Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Nicat Kazımov, Vüsal Mehrəliyev, Qurban İsmayılov, Məhərrəm Musayev, Elxan Qurban, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa ediblər.
Əsərdə iki düşmən nəslin konflikti iki dövrün qarşıdurması (müasir və keçmiş) konteksində yozulub.

Səhnə həllinin maraqlı yozumu, yerində işlənilən musiqi, uğurlu tərtibat, tamaşanın bədii keyfiyyətinin əsas qayəsini təşkil edir. Tamaşanın müzakirəsində teatrın bədii şura üzvləri və respublikanın tanınmış teatr xadimləri tamaşanın günümüzlə səsləşməsi və maraqlı aktyor oyunu haqqında müsbət fikirlər söyləyiblər.

Teatrın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yeni tamaşanın premyerası noyabr ayının 24-ü və 25-ə nəzərdə tutulub.



Modern.az 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!