Modern.az

ADA Universitetində 5-ci BMT modeli konfransı keçirilib

ADA Universitetində 5-ci BMT modeli konfransı keçirilib

11 Dekabr 2018, 11:39

Mətanət Əkbərli,
ADA Universitetinin tələbəsi

 

Dekabrın ilk günləri ADA Universiteti üçün daha bir önəmli hadisə ilə yadda qalıb. ADAMUN klubu 5-ci BMT modeli konfransını uğurla başa vurub. İki gün davam edən tədbirdə iki önəmli hadisə yaşanıb. Belə ki, "Game of Thrones" (Taxt-tac oyunları) adlı televiziya serialının simulyasiyası klubun və MUN Azərbaycan tarixində ilk dəfə həyata keçirilib. İkincisi isə 5 ildən sonra nəhayət Təhlükəsizlik Şurası nümayəndəliklər tərəfindən hazırlanan qətnaməni qəbul edib.

    
Konfransın açılış mərasimində iştirak edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin müavini Alessandro Fracassetti və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə BMT-nin əhəmiyyəti və BMT Modeli simulyasiyasında iştirakın faydaları haqqında məruzə ilə çıxış ediblər. Toplantının gənclərin həyatında həm açıq müzakirələrə qatılma vərdişlərinin formalaşmasına və çağdaş dünyaya inteqrasiyasında böyük rol oynayacağını bildiriblər.

   
Sonra müxtəlif ali təhsil ocaqlarının 90-dan çox tələbəsi 4 komitə üzrə maraq kəsb edən müxtəlif mövzuları müzakirə ediblər. Bu il komitələr BMT-nin Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Cinayətkarlıqla Mübarizə və Cəza Ədliyyə Komissiyası və Böhran Komitəsindən ibarət olub. İki gün ərzində ADAMUN Konfransında səmərəli müzakirələr aparılıb və BMT modeli şəbəkəsini genişləndirmək imkanı əldə olunub.

 

Sonda ADAMUN Klub növbəti konfransını 2019-cu ilin yazında keçirməyi qərara alıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır