Modern.az

Suriya Türkiyədən üzr istədi

Suriya Türkiyədən üzr istədi

Təhsil

14 Noyabr 2011, 15:29


Suriya Türkiyədən üzr istədiyini bəyan edib. Modern.az saytının “İhlas” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Suriyanın xarici işlər naziri Velid Muallim mətbuat konfransı keçirərək, Türkiyədən üzr istədiklərini açıqlayıb.

Qeyd edək ki, Suriyada yaranan çəkişmələr zamanı hakimiyyətə yaxın qüvvələr Türkiyənin Suriyadakı səfirliyinə hücüm etmişdi. Hucum zamanı Türkiyə bayrağı yandırılmışdı.

Hadisədən sonra Türkiyə hökuməti öz səfirliyində çalışan diplomatların ailələrini Suriyadan çıxarıb. Rəsmi Ankara baş verənlərlə bağlı Suriyaya nota verib. Suriyanın Ankaradakı diplomatik nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılaraq nota ona təqdim edilib.

Öz bəzi diplomatik personalını və diplomatik heyətin ailələrini ölkədən çıxaran Türkiyə beynəlxalq ictimaiyyəti Suriyada baş verənlərə "birgə səslə cavab verməyə" çağırıb.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır