Modern.az

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ  

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ   

Aktual

11 Dekabr 2018, 13:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz  şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq.

 

Azərbaycanın rayonlarında sabah səhər bəzi şimal və qərb rayonlarında  duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar  yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  3-7 dərəcə  isti  təşkil edəcək.

 

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında dekabrın 13-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında dekabrın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 14-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazlərdə qar yağacağı  ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...