Modern.az

Türkiyə parlamenti tarixində ilk dəfə bir padşaha anma marasimi təşkil edir

Türkiyə parlamenti tarixində ilk dəfə bir padşaha anma marasimi təşkil edir

Təhsil

14 Noyabr 2011, 15:48

Modern.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi ilk dəfə olaraq bir padşah üçün anım mərasimi təşkil edir. İslahatçı bir padşah olaraq bilinən sultan I Əbdülməcid üçün təşkil ediləcək bu mərasim Türkiyə Böyük Millət Məclisi tarixində ilk olacaq
Mərasim I Əbdülməcidin ölümünün 150-ci ildönümünə həsr olunacaq.
Türkiyə KİV-lərinin məlumatına görə, eyni zamanda sultanın dövründə inşa edilən Dolmabahçe sarayında, "Əbdülməcid və dövrü" simpoziumu təşkil ediləcək. Simpoziumun ardından məşhur sənətçi Əhməd Özhan konsert verəcək. Simpozium noyabrın 17-də təşkil ediləcək. Artıq parlamentin sədri Cəmil Çiçəkin imzasıyla millət vəkillərinə dəvətnamələr paylanıb.

I Əbdülməcid 17 yaşında Osmanlı taxtına oturub. Taxta çıxandan dörd ay sonra sultan türkiyədə bir sıra islahatlar həyata keçirib. I Əbdülməcid Osmanlı imperiyasının 31-ci padşahıdır. II Mahmudun Gürcüstan yəhudisi olan arvadı Suzidən olan oğuludur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir