İran Hərbi Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə ölkəsinin yaxın vaxtlarda ballistik raket sınağı keçirdiyini təsdiqləyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, briqada generalı hər il 40-50 belə sınağın keçirildiyini də əlavə edib.
“Biz öz raketlərimizi sınaqdan keçiririk və sonuncu belə əməliyyat çox uğurlu alındı”.
ABŞ Dövlət katibi Mayk Pompeo həmin sınaqlara görə İranı ciddi sanksiyaların gözlədiyini vurğulamışdı.