Modern.az

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib

11 Dekabr 2018, 15:31

Dekabrın 11-dək ölkə üzrə pambıq qəbulu məntəqələri keçən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edib.

 

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, pambıq qəbulu məntəqələrinə 222 min 748 ton məhsul təhvil verilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9 min ton çoxdur.

Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, dövlət tərəfindən pambığın hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə texnika və yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır