Modern.az

Deflyasiya yoxsa inflyasiya? - Tanınmış iqtisadçı Statistika Komitəsini saxtakarlıqda ittiham etdi

Deflyasiya yoxsa inflyasiya? - Tanınmış iqtisadçı Statistika Komitəsini saxtakarlıqda ittiham etdi

Qarabağ

14 Noyabr 2011, 16:10

Vüqar Bayramov: “Statistika Komitəsi süni şəkildə 2011-ci il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsinə nail olmaq  istəyir”  

Ötən ay ölkədə deflyasiya qeydə alınıb. Dövlət Statistika Komitəsinin  açıqlamasına görə,  qiymətlər 0,5 faiz azalıb. Ucuzlaşmanın əsasən, ərzaq məhsullarından unun, çovdar və qarışıq undan bişirilən çörəyin, yumurtanın, limonun, portağal və naringinin, almanın, armudun, narın, qozun, kələmin, göyərtinin, çuğundurun, kökün, soğanın, kartofun və s. qiymətində qeydə alındığı bildirilir.

İqtisadi və  Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov deyir  ki, çörəyin qiymətində azalmalar müşahidə edilən zaman Statistika Komitəsinin həmin ay üçün deflyasiya elan edəcəyi gözlənilən idi: “Digər məhsulların qiymətinin necə dəyişməsindən asılı olmayaraq Statistika Komitəsinin çörəyin qiymətinin düşməsindən istifadə edib deflyasiya elan edəcəyi güman olunurdu. Qiymətlərin 0,5 faiz azalması istiqamətində nəticələr reallığı əks etdirmir. Sadəcə, ilin sonuna doğru qiymət azalmaları elan etməklə Statistika Komitəs 2011-ci il üçün proqnozlaşdırılan 5,7 faizlik inflyasiya səviyyəsi ətrafinda illik inflyasiya göstəricisinə nail olmaq istəyir”

V.Bayramov bildirir ki, Statistika Komitəsi süni şəkildə 2011-ci il üçün illik inflyasiya səviyyəsini bir rəqəmli elan etməyə çalışır.

İqtisadçının sözlərinə görə, müstəqil hesablamalar, eləcə də beynəlxalq qurumlar 2011-ci ildə Azərbaycanda inflyasiyanın 14 faiz ətrafinda olacağını göstərir:
“Digər tərəfdən çörəyin qiyməti 5 qəpik düşsə də, çəkidə 80 qrama yaxın azalma baş verib. Çəkini nəzərə alsaq əslində çörəyin qiytməti dəyişməyib. Statistika Komitəsi bir sıra kənd təsərrüfatı məhsullarının ,o cümlədən  nar və üzümün qiymətində azalmaların baş verdiyini bildirsə də istehlak bazarında aparılan manitorinqlər həmin məhsulların qiymətində artımların olduğunu göstərir. Eləcə də ucuzlaşdığı iddia edilən portağal və bananın qiymətlərində real azalmadan danışmağa dəyməz”.

V.Bayramov Statistika Komitəsinin illik və aylıq elan etdiyi qiymət dəyişikliklərinin istehlak bazarındakı real qiymətləri əks etdirmədiyini deyir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır