Modern.az

Azərbaycan Xəzərdə nərə balığı ovunun dayandırılmısı məsələsini araşdırır

Azərbaycan Xəzərdə nərə balığı ovunun dayandırılmısı məsələsini araşdırır

Ölkə

11 Dekabr 2009, 10:13

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Xəzəryanı dövlətlərin müvafiq qurumlarına Xəzər dənizində nərəkimilərin sənaye ovuna müvəqqəti moratoriya qoyulması ilə bağlı müraciətinə münasibət bildirib.

Nazirlik bəyan edib ki, hər bir Xəzəryanı dövlət bir tərəfli qaydada nərəcinsli balıqların sənaye məqsədilə ayrılmış milli kvotasından tam və ya hissəli olaraq imtina etmək səlahiyyətinə malikdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qazaxıstan Respublikası tərəfindən irəli sürülən təklifə dair bildirib ki, nərəcinsli balıqların sənaye ovuna tam qadağa qoyulması, bu balıqların ehtiyatlarının artırılması və mühafizə edilməsi haqqında birtərəfli sazişin bağlanmasından sonra mümkün ola bilər.
"Qeyd edək ki, Azərbaycan Respublikası artıq 30 ildir kələmo (şip) balığının ovu kvotasından könüllü olaraq imtina edib.
2009-cu il 15-16 iyul tarixində İran İslam Respublikasının Bəndər-Ənzəli şəhərində keçirilən Xəzər dənizinin Su Bioresursları Komissiyasının 30-cu iclasında isə Azərbaycan tərəfi nərəkimilərin daha bir növünün - bölgənin kvotasından birtərəfli qaydada imtina etdiyini bəyan edib.
Bununla da Azərbaycan Respublikası nərəkimilərin sənaye məqsədləri üçün ovlanması mümkün olan 4 növündən - kələmo, bölgə, uzunburun və nərədən yalnız ikisinin kvotasından istifadə edir.
Uzunburun növünün ehtiyatında yaranmış gərginlik nəzərə alınaraq onun da sənaye ovuna qadağa qoyulması məsələsi Azərbaycan tərəfindən araşdırılır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər Xəzəryanı ölkələri də bu təşəbbüsə qoşularaq bu və ya digər balıq növlərinin sənaye ovundan imtina etməyə çağırıb.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir