Modern.az

QHT Şurası ilə Avropa Şurası arasında əməkdaşlıq müzakirə edildi

QHT Şurası ilə Avropa Şurası arasında əməkdaşlıq müzakirə edildi

Təhsil

14 Noyabr 2011, 17:28

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri səfir Konstantin Yerokostopulosla görüşdü.

Modern.az-ın məlumatına görə, şuranın ofisində keçən görüşdə QHT-lərin inkişafı, vətəndaş cəmiyyəti institutlarının Avropa Şurası strukturları ilə əməkdaşlığı, QHT qanunvericiliyi və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş fikir mübadiləsi aparıldı. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır