Modern.az

İndiyədək 2338 şəhidin varisinə birdəfəlik ödəmə qərarı təsdiqlənib

İndiyədək 2338 şəhidin varisinə birdəfəlik ödəmə qərarı təsdiqlənib

Aktual

12 Dekabr 2018, 10:53

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində işlər davam etdirilir.


Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

 

F.Talıbov qeyd edib ki, Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın 11 dekabr iclasında daha 1115 şəhid hərbi qulluqçu üzrə 1519 vərəsəyə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub.

Şöbə müdirinin sözlərinə görə, bugünədək verilmiş qərarlarla 2338 şəhidin 3038 vərəsəsi 11 min manat məbləğində ödəməni alacaq, proses davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir