Modern.az

Azrbaycan və Bolqarıstan arasında sənədlər imzalanıb

Azrbaycan və Bolqarıstan arasında sənədlər imzalanıb

Təhsil

14 Noyabr 2011, 18:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.
Modern.az saytı xəbər verir ki, “Azərbaycan Dövlət İqtisad Universiteti və Sofiya Milli və Dünya Təsərrüfatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Dövlət İqtisad Universitetin rektoru Şəmsəddin Hacıyev və Bolqarıstan Prezidentinin təhsil, elm və iqtisadi inkişaf məsələləri üzrə müşaviri, Sofiya Milli və Dünya Təsərrüfatı Universitetinin rektoru Borislav Borisov imzalayıblar.
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Bolqarıstan Respublikası xarici işlər naziri yanında Diplomatik İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev və Bolqarıstanın xarici işlər nazirinin müavini Konstantin Dimitrov imzalayıblar. 
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Əhalinin Sosial Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Bolqarıstanın əmək və sosial siyasət naziri Totyu Mladenov imzalayıblar. 
“Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında Saziş”i Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov və Bolqarıstanın informasiya təhlükəsizliyi üzrə dövlət komissiyasının sədri xanım Tsveta Markova imzalayıblar.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər