Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sərxan Çobanov saxlanılıb.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana və güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Bakıxanov qəsəbəsindəki yaşadığı evdən “F-1” qumbarası da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı araşdırma aparılır.