Modern.az

Moldovada prezident seçkiləri baş tutmayacaq: namizəd yoxdur

Moldovada prezident seçkiləri baş tutmayacaq: namizəd yoxdur

Dünya

15 Noyabr 2011, 10:00

Bu ölkədə növbəti dəfə təyin olunacaq prezident seçkiləri də baş tutmasa, parlament buraxılacaq.

Moldovada prezident seçkilərinin keçirilməsi üzrə komissiya fəaliyyətini vaxtından əvvəl dayandırıb. Çünki prezidentliyə heç kim namizədliyini irəli sürməyib. 

Daha doğrusu, komissiyaya yeddi nəfər müraciət edib. Onlar dəstək imzaları istisna olmaqla, bütün sənədlərini təqdim ediblər. Qanunvericiliyə görə, namizədi parlamentin azı 15 deputatı dəstəkləməlidir.

İndi parlament 30 gün müddətinə yeni seçkilər təyin etməlidir. Əgər bu dəfə də namizəd tapılmasa və namizədlərdən hər hansı biri 61 səs toplaya bilməsə, parlament buraxılmalıdır. Bundan sonra prezident səlahiyyətlərinin icraçısı növbədənkənar seçkilərin vaxtını təyin etməlidir.

Moldovada prezidenti parlamentin deputatları seçirlər. Prezidntə beş deputatdan azı üçü səs verməlidir. 

Hazırkı hakim koalisiya dövlət başçısının səlahiyyətlərini icra edən Demokrat Partiyasının sədri Marian Lupunun prezident seçilməsinə çalışırdı. Lakin onun iki səsi çatmadı. Kommunist Partiyası fraksiyasından üç deputat hakim koalisiyanın namizədinə səs verməyə razılaşsa da, həlledici məqamda Marian Lupunun əleyhinə səs verdi. (anspress.com)

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir