Modern.az

İki deputat Parisə gedir

İki deputat Parisə gedir

Təhsil

15 Noyabr 2011, 10:10

Milli Məclisin  Avropa Şurası Parlament Assambleyasındakı daimi numayəndə heyətinin üzvləri Rafael Hüseynov və Elxan Süleymanov AŞPA-nın Monitorinq, Hüquqi işlər və insan haqları Komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 15-dən 18-dək Parisdə səfərdə olacaqlar. 
Bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

  İclaslarda İnsan Haqları Konvensiyasının həyata keçirilməsinin cari vəziyyəti, məişət zorakılığı qurbanlarının müdafiəsi, siyasi məhbus məsələsinə yenidən baxılması, Türkiyə və Makedoniyada post-monitorinq dialoqu, Rusiyada parlament seçkilərinə hazırlıq, Ukrayna və Gürcüstan tərəfindən öhdəliklərin yerinə yetirilməsi, həmçinin digər mövzularda fikir mübadiləsi aparılacaq.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı