16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - İQTİSADİYYAT - Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ  
Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ  
12.12.2018, 15:24

Milli Məclis tərəfindən təsdiq edilmiş Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, 2019-cu ildən ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra yeniliklər tətbiq olunacaq. Yeniliklərin əsas istiqamətlərindən biri vergi və sosial sığorta yükünün aşağı salınması və optimallaşdırılması, işəgötürən və işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödəniş siste­minin leqallaşdırılmasıdır.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov həmin dəyişikliklərə aydınlıq gətirib. Modern.az onunla söhbəti təqdim edir:

- Natiq müəllim, Vergi Məcəlləsində edilmiş dəyişikliklər sırasında gəlir vergisi üzrə güzəştlər xüsusilə maraq doğurur. Həmin islahatın və güzəştin mahiyyətini qısaca necə izah etmək olar?

- 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərdə qeyri-neft sektorunun özəl bölməsində çalışan fiziki şəxslərin muzdlu işdən gəlir vergisi üzrə müddətli güzəştin verilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin sahədə baş verən dəyişikliklər, əmək bazarında müşahidə olunan proseslər bu islahatı zəruri edib.

Hazırda aylıq məbləği 2500 manatadək olan əməkhaqqı üzrə işçi və işəgötürənin toplam vergi yükü (əmək vergisi xərcləri) 40% (14% gəlir vergisi + 25% sosial sığorta haqqı + 1% işsizlikdən sığorta haqqı); 2500 manatdan yuxarı məbləğ üzrə isə 51% (25% gəlir vergisi + 25% sosial sığorta haqqı + 1% işsizlikdən sığorta haqqı) təşkil edir.

Təhlillər göstərir ki, bu dərəcələr nəticəsində yaranan yüksək fiskal yük qeyri-neft sektorunun özəl bölməsində işəgötürənlər tərəfindən işçi sayının və real əməkhaqqının məbləğinin gizlədilməsinin və beləliklə, əmək bazarının «kölgələşməsinin» əsas səbəblərindən biridir.

Keçən il Azərbaycanda muzdlu işçilərin məşğul əhalidə xüsusi çəkisi 31,5%, əməkhaqqı fondunun (sosial sığorta ayırmaları ilə birlikdə) ÜDM-ə nisbəti 17-18%, əhalinin gəlirlərində əmək ödənişlərinin payı 25,2% təşkil etmişdir ki, bu da bir sıra postsovet və digər ölkələrin göstəriciləri ilə müqayisədə qənaətbəxş hesab oluna bilməz. Problemin əsasən qeyri-neft sektorunun özəl bölməsində müşahidə edildiyini və hazırda əməkhaqqı üzərindəki fiskal yükün gəlir vergisi və sosial sığorta haqlarından formalaşdığını nəzərə alaraq, onun həlli məqsədilə bu istiqamətdə əməkhaqlarına gəlir vergisi üzrə əhəmiyyətli güzəştin verilməsi nəzərdə tutulur. İşəgötürənlər arasında aparılan sorğular göstərir ki, yeni şərtlər daxilində onlar əməkhaqlarını və iş yerlərini rəsmiləşdirmək üçün güclü stimul əldə etmiş olacaqlar. Bu, nəticə etibarilə işəgötürənlərin işçi üzrə əmək vergisi xərclərini azaltmaqla qeyri-rəsmi əməkhaqlarının və iş yerlərinin leqallaşdırılmasına imkan verəcək.

Dəyişikliklərə görə, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisindən azad olunur, 8000 manatdan artıq olan hissəsindən 14% dərəcəsi ilə vergi tutulacaqdır. Bu sahədə fəaliyyət göstərən işəgötürənlər növbəti ildən etibarən aylıq əməkhaqqı 200 manatadək olan işçilərin gəlirlərindən ödəmə mənbəyində 3% sosial sığorta haqqı və 0,5% həcmində işsizlikdən sığorta haqqı (cəmi 3,5%), aylıq əməkhaqqı məbləğinin 200 manatdan çox olan hissəsindən isə 10% sosial sığorta haqqı və 0,5% işsizlikdən sığorta haqqı (cəmi 10,5%) tutacaqlar. İşəgötürənlər özləri isə əməkhaqqı fondundan əməkhaqqı 200 manatadək olan işçilərə görə 22% sosial sığorta haqqı və 0,5% həcmində işsizlikdən sığorta haqqı (cəmi 22,5%), aylıq əməkhaqqı 200 manatdan yüksək olan işçilərə görə isə 15% sosial sığorta haqqı və 0,5% işsizlikdən sığorta haqqı (cəmi 15,5%) hesablayıb ödəyəcəklər. Yalnız aylıq gəliri 8000 manatdan yuxarı olan işçilərin gəlirlərindən ödəmə mənbəyində yuxarıda qeyd olunanlardan əlavə olaraq 14% muzdlu işlə əlaqədar ödəmə mənbəyində gəlir vergisi tutulacaqdır.

Beləliklə, növbəti ildən 2500 manatadək olan aylıq əməkhaqqı üzrə işçi və işəgötürənin toplam vergi, sosial sığorta və işsizlikdən sığorta yükü 40%-dən 26%-ə, 2500 manatdan 8000 manatadək əməkhaqqı üzrə 51%-dən 26%-ə, 8000 manatdan yuxarı əməkhaqqı üzrə isə 51%-dən 40%-ə enəcəkdir. Güzəştin 7 il müddətində tətbiqi nəzərdə tutulur ki, bu da sahibkarlara öz fəaliyyətini uzunmüddətli proqnozlaşdırmaq imkanı verəcəkdir.

- Bəzi vətəndaşlar belə hesab edirlər ki, vergi güzəştləri qeyri-neft sektorunun özəl bölməsində işçilərin əməkhaqqının artımına gətirəcək. Vergilər naziri Mikayıl Cabbarov isə parlamentdə çıxışı zamanı qeyd etdi ki, islahatın məqsədi əməkhaqlarının artımı yox, daha çox «ağardılması»dır. Güzəştlərin vətəndaşa və işəgötürənə gətirdiyi faydalar nədən ibarət olacaq?

- İslahatların əsas hədəfi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda əmək bazarının leqallaşmasına nail olmaqdır. İslahat heç də qeyri-neft sektorunda qeyri-leqal çalışanların əməkhaqqının kütləvi artırılması anlamına gəlməməlidir. Əgər işçi nağd pul şəklində vergi və sosial tutulmalar olmadan qeyri-rəsmi əməkhaqqı alırsa, vergi yükünün azalması sadəcə əməkhaqqının rəsmiləşdirilməsinə imkan verəcək. Yəni burada əslində heç bir kütləvi əməkhaqqı artımından söhbət gedə bilməz. Müəyyən artım yalnız rəsmi çalışan işçilərin əməkhaqqında ola bilər. Lakin təhlillər və müşahidələr göstərir ki, qeyri-neft sektorunun özəl bölməsində rəsmi əmək münasibətlərinin miqyası qeyri-rəsmi əmək münasibətləri ilə müqayisədə dəfələrlə kiçikdir. Qeyri-rəsmi əmək bazarının fəaliyyətindən ən çox zərər görən sıravi vətəndaşdır. Çünki bu halda işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və ya onun faktiki aldığı əməkhaqqı rəsmi əmək müqaviləsində göstərilmədikdə sosial sığorta haqları toplanılmır və işçilərin fərdi pensiya hesabında əks olunmur. Bu isə işçiləri gələcəkdə pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan, dəyişikliklər yüz minlərlə insanın pensiya və sosial müavinət hüquqlarının bərpa edilməsini təmin edəcəkdir.

- Sosial sığorta haqları ilə bağlı dəyişiklik barədə bir məsələyə aydınlıq gətirməyinizi istərdik. Yeni sosial vergitutma mexanizmi dövlət və qeyri-dövlət sektoru olmaqla hamını əhatə edəcək, yoxsa yalnız qeyri-dövlət və qeyri-neft sektoru üçün gəlir vergisi güzəştləri ilə birgə tətbiq ediləcək?

- Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, muzdlu işlə əlaqədar gəlir əldə edən şəxslərdən tutulan sosial sığortavə işsizlikdən sığorta haqlarının həcmi fəaliyyət göstərdiyi iqtisadi sektordan asılı olmayaraq işçi və işəgötürən üzrə müvafiq olaraq 3,5% və 22,5% olmaqla, üst-üstə 26% təşkil edir. Yeni dəyişikliklərə əsasən, qeyri-neft sektorunun özəl bölməsində ödənilən əməkhaqqı 200 manatadək olduqda nisbət dəyişmir, 200 manatdan çox olduqda isə işçi və işəgötürən üzrə müvafiq olaraq 10,5% və 15,5% olmaqla cəmi 26% təşkil edir. Bu dəyişikliklər, qeyd olunduğu kimi, yalnız qeyri-

neft sektorunun özəl bölməsində fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə və gəlir vergisi güzəştləri ilə birgə tətbiq olunacaq.

- Dəyişikliklərin sosial-iqtisadi sahədə hansı təsirləri olacaq?

- Qanunvericiliyə edilən dəyişikliklər, ümumilikdə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət 7 il müddətinə gəlir vergisi üzrə öz fiskal daxilolmalarının əhəmiyyətli hissəsindən imtina etsə də, aparılan islahatların ölkə iqtisadiyyatı üçün birbaşa və dolayı şəkildə müsbət multiplikativ effekti proqnozlaşdırılır. Qeyd etdiyim kimi, islahatlar rəsmiləşən iş yerləri və əməkhaqqı üzrə toplanan sosial sığorta haqlarının artmasına imkan verəcəkdir. Pensiya kapitalının həcminin artması pensiya sisteminin yığım hissəsində daha çox vəsaitin cəmləşməsini, vəsaitlərin uzunmüddətli investisiyaların mühüm mənbəyinə çevrilməsini, ölkədə kapital və maliyyə bazarlarının inkişafını sürətləndirə bilər. Pensiya sisteminin maliyyə dayanıqlığının güclənməsi Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asılılığının azalması və tədricən neytrallaşması ilə nəticələnməlidir.

Qeyri-leqal əməkhaqqı nağd şəkildə verildiyindən iş yerlərinin rəsmiləşdirilməsi ölkə iqtisadiyyatında nağdlaşma səviyyəsinin aşağı düşməsinə, bank sektoruna qeyri-nağd pul axınlarının çoxalmasına imkan yaradacaqdır. Bununla yanaşı, əhalinin leqal və daha yüksək əməkhaqqı ilə banklardan kredit almaq imkanlarının genişlənməsi, nəticədə bank kreditlərinin həcminin böyüməsi və bunun iqtisadi artıma, məşğulluğa və inklüziv, yəni cəmiyyətdə hər kəsi əhatə edən inkişafa müsbət təsiri qaçılmazdır. Qeyri-neft-qaz sektorunun özəl bölməsində işəgötürənlərin əmək xərclərinin azalması investorlar üçün ölkə iqtisadiyyatını daha cəlbedici etməklə investisiyaların həcminə və iqtisadi artıma müsbət təsir göstərəcəkdir.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi   
16.01.2019, 15:46

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi  

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ
16.01.2019, 15:44

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir
16.01.2019, 15:34

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi
16.01.2019, 15:33

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi

Üç prezidentin yeni sammiti keçiriləcək
16.01.2019, 15:31

Üç prezidentin yeni sammiti keçiriləcək

YAP Ağstafa rayon təşkilatında 20 Yanvar şəhidlərini anıldı
16.01.2019, 15:28

YAP Ağstafa rayon təşkilatında 20 Yanvar şəhidlərini anıldı

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq
16.01.2019, 15:27

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq

Nazirlk: Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib
16.01.2019, 15:26

Nazirlk: Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib

AMEA-nın mətbuat katibinə yeni vəzifə verildi   
16.01.2019, 15:21

AMEA-nın mətbuat katibinə yeni vəzifə verildi  

Sərhədi pozana xəbərdarlıq atəşi açıldı
16.01.2019, 15:15

Sərhədi pozana xəbərdarlıq atəşi açıldı

“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident
16.01.2019, 15:14

“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident

BDU-da imtahanların vaxtı dəyişdirilib
16.01.2019, 15:11

BDU-da imtahanların vaxtı dəyişdirilib

Məmmədyarov-Mnatsakanyan görüşü başlayıb
16.01.2019, 15:06

Məmmədyarov-Mnatsakanyan görüşü başlayıb

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”   
16.01.2019, 15:04

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”  

Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ
16.01.2019, 14:54

Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ

Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı   
16.01.2019, 14:54

Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı  

Milli Məclis sabah komitə iclası keçirəcək   
16.01.2019, 14:52

Milli Məclis sabah komitə iclası keçirəcək  

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!
16.01.2019, 14:40

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşdü - FOTOLAR
16.01.2019, 14:39

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşdü - FOTOLAR

Sabahın hava PROQNOZU açıqlandı - Güclü KÜLƏK   
16.01.2019, 14:38

Sabahın hava PROQNOZU açıqlandı - Güclü KÜLƏK  

Ərdoğan-Putin görüşünün detalları açıqlandı
16.01.2019, 14:34

Ərdoğan-Putin görüşünün detalları açıqlandı

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb”
16.01.2019, 14:26

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR
16.01.2019, 14:08

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi davam edir
16.01.2019, 14:01

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi davam edir

Deputatlar, jurnalistlər və valideynlər BDU-da imtahanları izlədi - FOTOLAR
16.01.2019, 13:53

Deputatlar, jurnalistlər və valideynlər BDU-da imtahanları izlədi - FOTOLAR

Putinə qarşı sui-qəsdin qarşısı alındı
16.01.2019, 13:43

Putinə qarşı sui-qəsdin qarşısı alındı

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  
16.01.2019, 13:42

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  

Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi
16.01.2019, 13:36

Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi

Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi
16.01.2019, 13:17

Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycanlı fitoterapevt “Cavanlıq içkisi” hazırladı - FOTO   
16.01.2019, 13:10

Azərbaycanlı fitoterapevt “Cavanlıq içkisi” hazırladı - FOTO  

65 vəzifə üçün müsahibənin vaxtı açıqlandı
16.01.2019, 13:02

65 vəzifə üçün müsahibənin vaxtı açıqlandı

Nazirlikdən ifrat təhlükəli hava XƏBƏRDARLIĞI: sabah bəzi yerlərdə işlər dayandırıla bilər   
16.01.2019, 12:45

Nazirlikdən ifrat təhlükəli hava XƏBƏRDARLIĞI: sabah bəzi yerlərdə işlər dayandırıla bilər  

Mehmanxanaya hücum zamanı 15 nəfər öldürüldü
16.01.2019, 12:37

Mehmanxanaya hücum zamanı 15 nəfər öldürüldü

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı
16.01.2019, 12:36

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı

İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi
16.01.2019, 12:33

İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!   
16.01.2019, 12:32

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!  

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi   
16.01.2019, 12:17

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi  

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb
16.01.2019, 12:17

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu   
16.01.2019, 12:09

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu  

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır” - ETİRAZ
16.01.2019, 12:06

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır- ETİRAZ

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi   
16.01.2019, 11:56

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi  

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər
16.01.2019, 11:55

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR
16.01.2019, 11:54

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 
16.01.2019, 11:50

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib
16.01.2019, 11:45

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Ermənistanın ən gənc deputatı – FOTOLAR
16.01.2019, 11:19

Ermənistanın ən gənc deputatı – FOTOLAR

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi
16.01.2019, 11:07

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı   
16.01.2019, 10:59

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı  

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu
16.01.2019, 10:57

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu

Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019, 10:55

nya daşnakları Qarabağa toplaşacaq

ARXİV