Modern.az

Moskvada Cabbar Qaryağdıoğlu sədası

Moskvada Cabbar Qaryağdıoğlu sədası

15 Noyabr 2011, 10:13

Haqlı olaraq “Şərq musiqisinin peyğəmbəri” kimi tanınan dahi xanəndə, məşhur şair və bəstəkar Cabbar Qaryağdıoğlu (1861 – 1944) xatirələrdə əbədi bir əfsanəyə çevrilib. Məlumdur ki, onun anadan olmasının 150 illiyi bu il geniş qeyd edilir.
Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbiyyat və mədəniyyət cəmiyyətinin təşəbbüsü ilə Rusiya paytaxtında da ünlü sənətkarin yubileyi qeyd edilib. Moskvanın Millətlər evində təşkil edilmiş tədbirdə  Moskva regionuda məskunlaşmış Azərbaycan diasporunun müxtəlif zümrədən olan nümayəndələri iştirak ediblər.

Xatirə gecəsində Cabbar Qaryağdıoğluna həsr edilmiş sənədli film nümayiş olunub. Sonra “Şəhriyar” cəmiyyətinin sədri Vasif Məmmədov böyük müğənninin həyat və yaradıcılığı barədə çıxış edib.

Tədbir Moskvada yaşayan musiqiçilərdən Qorxmaz Axundov, Səxavət Qurbanov, Hacağa Teymurov, Zaməddin Abdullayev, Orxan Əliyev və başqalarinin Cabbar Qaryağdıoğlunun repertuarından ifa etdikləri mahnılarla müşaiyət olunub.


Əliş Əvəz,
Rusiya jurnalistlər birliyinin üzvü,
“Şəhriyar” ədəbiyyat və mədəniyyət
cəmiyyətinin mətbuat katibi 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?