Modern.az

Türkiyə möcüzə gözləyir...

Türkiyə möcüzə gözləyir...

Ölkə

15 Noyabr 2011, 10:23

Bu gecə Avropa Çempionatı-2012-nin “pley-off” mərhələsinin cavab görüşləri keçiriləcək. 8  komandanın iştirakı ilə keçirilən "pley-off" oyunlarından sonra AÇ-2012-nin final mərhələsinə gedəcək növbəti 4 milli komanda məlum olacaq.

İlk görüşündə evdə Xorvatiyaya 0:3 hesabı ilə məğlub olan Türkiyə millisi demək olar ki, AÇ-2012-nin final mərhələsinə getmək şansını itirib. Amma möcqzə də baş verə bilər. Türkiyə millisi isə yalnız möcüzə sayəsində nəsə edə bilər. Baş məşqçi Quus Hiddinkin bu oyundan sonra Türkiyə yığması ilə vidalaşacağı artıq bəlli olub. Onun yerinə iki yerli namizəd var: Abdullah Avcı və Ərtoğrul Sağlam.
Bu oyun ANS telekanalı ilə canlı yayımlanacaq.

Günün ən maralı oyunu isə Portuqaliyada baş tutacaq. Burada yerli komanda – Portuqaliya millisi Bosniya – Hersoqovinanı qəbul edəcək. İlk görüşdə 0:0 hesabı qeydə alındığından bu oyunda hər iki komandanın şansı qalır. Lakin Portuqaliya millisi bu görüşün əsas favoriti hesab olunur.

Səfərdə Çexiyaya 0:2 hesabı ilə uduzan Çernoqoriya millisi isə doğma azarkeşlər önündə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
İrlandiya millisi isə artıq indidən özünü AÇ-2012-nin final mərhələsində hiss edə bilər. Səfərdə Estoniyanı 4 cavabsız qolla məğlub edən irlandlar üçün bu görüş formal xarakter daşıyır.

23:05. Xorvatiya – Türkiyə (ilk oyun – 3:0)

23:15. Çernoqoriya – Çexiya (ilk oyun – 0:2)

23:45. İrlandiya – Estoniya (ilk oyun – 4:0)

01:00. Portuqaliya – Bosnia – Hersoqovina (ilk oyun – 0:0)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır