Modern.az

Türkiyədə kömür mədənində partlayış baş verib

Türkiyədə kömür mədənində partlayış baş verib

11 Dekabr 2009, 10:19

Türkiyənin Bursa vilayətində daş kömür şaxtasında metan qazının partlaması nəticəsində 19  mədənçi həlak olub. Modern.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, partlayış yerin 200 metr dərinliyində baş verib.

 

Ötən bütün gecə səhərə qədər  fəhlələrin xilas edilməsi işi davam etdirilib. Bursa valisi Səbəhatdin Harbut partlayışdan sonra dağıntı altından fəhlələrin çıxarılmasının xeyli çətinləşdiyni deyib.  “Həm dərinlik, həm də içəridə qaz olması xilasetmə işlərini çətinləşdirir. Buna baxmayaraq təmkinli və tədbirli olmağa çalışırq. Ümidli olmağa çalışırq”-deyə vali bildirib.

 

Çalışma və sosial güvənlik naziri Ömər Dincər “Aşağıda 19 insan var. Allahdan ümid kəsilməz, biz yenə də ümid edirik. Görək nə olur” deyərək  xilasetmə işlərinin davam etdiriləcəyini bildirib.

 

  Lakin səhərə yaxın 19 nəfərin  cəsədi yer altından çıxarılıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi