Modern.az

BDU-nun müəllimləri ziyalılara müraciət edib: "Biz "Ziyalılar forumu"nun mövqeyini düzgün hesab etmirik" (SİYAHI)

BDU-nun müəllimləri ziyalılara müraciət edib: "Biz "Ziyalılar forumu"nun  mövqeyini düzgün hesab etmirik" (SİYAHI)

Təhsil

15 Noyabr 2011, 11:06

Bakı Dövlət Universitetinin bir qrup ziyalısı Azərbaycan ziyalılarına müraciət edib. Modern.az-ın məlumatına görə, “Azərbaycan” qəzetində dərc olunan müraciətdə deyilir:
 
Hörmətli həmkarlar!

Bakı Dövlət Universitetinin ağsaqqal ziyalıları adından bütün Azərbaycan ziyalılarına müraciət edirik. Biz şübhə etmirik ki, siz də bizim kimi ölkəmizin bugünkü sabitliyini ən böyük dəyərimiz hesab edirsiniz. Yaxşı xatırlayırıq ki, cəmiyyət həyatının bütün sahələrində ön mövqedə olan Azərbaycanın inkişaf prosesinə öz töhfələrini verən ziyalılar ötən əsrin 80-ci illərinin sonlarında ölkəmizə qarşı yürüdülən ədalətsiz siyasətə etiraz olaraq, xalqı öz ətrafında birləşdirməyə nail oldular. Lakin sonralar hərəkatın rəhbərliyindən ziyalıların sıxışdırılması, idarəçiliyin, tədricən, qaragüruhun əlinə keçməsi milli mücadiləmizin uğursuzluğuna gətirib çıxardı. Nəticədə müstəqillik uğrunda mübarizənin mahiyyəti dəyişdi, hakimiyyət uğrunda savaşlar, vətəndaş qarşıdurmaları, 20 Yanvar faciəsi kimi olaylar baş verdi, üstəlik Qarabağ hadisələrində ardıcıl məğlubiyyətlərlə üzləşdik. Əlbəttə, bu gün artıq həmin dövr deyil. Təəssüf ki, bu gün adını ziyalı qoyan 20-30 nəfərin toplumundan əmələ gələn və "Ziyalılar forumu" adlanan qurumun nümayəndələri bütün Azərbaycan ziyalıları adından bəyanatlar verərək minlərlə ziyalının gördüyü həqiqətləri başqa rəngdə çatdırmaq, şəxsi mənafeləri naminə təkcə Azərbaycan xalqını deyil, bütün dünya ictimaiyyətini çaşdırmaq istəyirlər.

Lakin Azərbaycan dünyada nüfuzu olan, iqtisadi inkişaf dinamikasına görə fərqlənən, BMT Təhlükəsizlik Şurasına üzv seçilən, Avropanın mədəniyyət mərkəzi kimi "Eurovision" yarışmalarına ev sahibliyi edən, bölgənin enerji tranzit mərkəzinə çevrilən... və bir çox başqa uğurları olan ölkədir. Biz belə hesab edirik ki, bu uğurlar hər bir Azərbaycan ziyalısının fəxr və qürur mənbəyi olmaqla bərabər, həm də onların dövlətə, dövlətçiliyə sədaqətli xidmətinin nəticəsidir. Bu gün kimsənin bu uğurları əlimizdən almağa, düşmən xarici ölkənin mətbuatında tez-tez səsləndiyi kimi, "ərəb təcrübəsinin tətbiq olunmasına" şərait yaratmağa ixtiyarı yoxdur! Həqiqi ziyalılar antiazərbaycan şəbəkənin ölkəmizdə axtardığı istinad nöqtələri ola bilməz. Xaricdən düşmən qüvvələrin ayırdığı qrantları şəxsi maraqları naminə dövlətimizin əleyhinə çevirməyə çalışanlar siyasi münasibətlərin fövqündə dayanan ziyalılardan istifadəyə cəhd göstərməməlidirlər. Tarixin bütün kəşməkəşlərini görən biz ağsaqqallar başa düşürük ki, yaşı 20 il olan gənc dövlətimizin tərəqqisi ilə yanaşı, hələ həll edə bilmədiyi problemlər də mövcuddur. Bu problemləri dövlət başçısı da, hər bir ziyalı da görür və onların həlli yolunda aparılan işlər bir an da səngimir. Əminik ki, ziyalının yeganə fəaliyyət amalı xalqın mənafeyini düşünən, onun sabahını prioritet hesab edən, dövlətin, dövlətçiliyin qorunmasına xidmət göstərən əsl vətəndaşlıq mövqeyidir. Həmin mövqe bütün haqsızlıqlara, ədalətsizliklərə qarşı olub və olmalıdır da.

Biz "Ziyalılar forumu"nun  mövqeyini düzgün və ədalətli hesab etmirik. Onun xalqımızın, dövlətimizin əleyhinə olan qüvvələrin əlində vasitəyə çevrilməsini istəmirik. Uğurlarımız artdıqca, bizə qarşı yönələn təxribatların reallaşması üçün ziyalılardan istifadə olunmasını qəbul etmirik. Ümumiyyətlə, forma xatirinə forum formalaşmamalıdır. Azərbaycanın hər hansı forum olmadan da aydın mövqeyi, açıq fikri, təəssübkeş qəlbi olan ziyalıları kifayət qədərdir. Tarix göstərib ki, milli maraqlara əsaslanmayan yol heç bir dövlətə şərəf, heç bir xalqa xoşbəxtlik gətirməyib.

Dünyanın bərkini-boşunu görmüş, tarixin sınaqlarının şahidi olmuş biz ziyalı ağsaqqallar da bütün bunları nəzərə alaraq, yanlış mövqe tutanlara bu yoldan çəkinməyi tövsiyə edirik.

Akademik Abel Məhərrəmov

Akademik Vasim Məmmədəliyev

Akademik Bəhram Əsgərov

Akademik Cəlal Allahverdiyev

Akademik Fikrət Əliyev

AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev

AMEA-nın müxbir üzvü, professor Məhəmməd Mehdiyev

AMEA-nın müxbir üzvü, professor Vasif Babazadə

AMEA-nın müxbir üzvü, professor Rəfiqə Əliyeva

AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev

AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov

AMEA-nın müxbir üzvü, professor Məsumə Məlikova

AMEA-nın müxbir üzvü, professor Volodya Tahirov

Professor Abuzər Xələfov

Professor Qulu Məhərrəmli

Professor Karlen Xudaverdiyev

Professor Məmməd Yaqubov

Professor Musa Bayramov

Professor Oqtay Əkbərov

Professor Akif Quliyev

Professor Neymət Qasımov

Professor Əli Əliyev

Professor Qara Mustafayev

Professor Şövqi Göyçaylı

Professor Həbibə Sultanova

Professor Qara Namazov

Professor Yusif Seyidov

Professor Lalə Quliyeva

Professor Tofiq Vəliyev

Professor Əsmət Muxtarova

Professor Ağalar Abbasbəyli

Professor Xəlil İsmayılov

Professor Əli Əliyev

Professor Elşad Qurbanov

Professor Əli Əhmədov

Professor Çingiz Həsənov

Professor İzzət Rüstəmov

Professor Sənubər Abdullayeva

Professor Məmməd Çıraqov

Professor Pərvin Darabadi

Professor Cəfər Quluzadə

Professor Əyyub Əzizov

Professor Ağavəli İbrahimov

Professor Rahib Abışov

Professor Tapdıq Həsənov

Professor Mikayıl Cəfərov

Cəmi 245 imza

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?