Modern.az

“Bir çox yazıçı və şairlər üzvlük haqqını ödəmir!”  

“Bir çox yazıçı və şairlər üzvlük haqqını ödəmir!”   

13 Dekabr 2018, 15:12

Azərbaycan Yazıçılar Birliyi (AYB) bu gün təkcə Azərbaycan Respublikasında deyil, həm də ölkədən kənarda yaşayan peşəkar yazıçı və şairlərin ən böyük təşkilatıdır. 

Yazıçı və şairlərin, tərcüməçilərin böyük ictimai təşkilatda birləşməsi ayrı-ayrılıqda hər bir üzv üçün müəyyən imtiyazlara da yol açır. Məsələn, AYB-nin şəxsi poliklinikası var ki, üzvlərin orada pulsuz müayinə və müalicə olunmaq şansı var. Eyni zamanda, yazarlara birliyin klubunda müxtəlif tədbirlər keçirmək şəraiti yaradılır. Bundan başqa, AYB hər il bir qrup yaşlı və gənc yazarı prezident təqaüdü ilə təmin edir.

Belə olan təqdirdə AYB üzvlərin üzvlük haqqı da gündəmə gəlir.


İddialara görə, Azərbaycan Yazıçılar Birliyinin elə üzvləri var ki, illərdir üzvlük haqqını ödəmir.


Modern.az
saytı səslənən iddialara cavab almağa çalışıb.


Azərbaycan Yazıçılar Birliyininn mətbuat katibi Xəyal Rza Modern.az-a açıqlamasında mövcud faktın olduğunu təsdiqləyib:
 

“Hazırda Azərbaycan Yazıçılar Birliyinin 2 minə yaxın üzvü var. Yazıçılar Birliyinin illik üzvlük haqqı 2016-cı ilə qədər 10 manat idi. 2016-cı ildən başlayaraq isə illik 15 manat müəyyənləşdirilib. Təəssüf ki, üzvlər arasında üzvlük haqqının ödənilməməsi faktı da mövcuddur. Deyə bilərəm ki, bir çox yazıçı və şairlər illərdir üzvlük haqqını ödəmir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır