Modern.az

ABŞ universitet və kolleclərində rekord sayda azərbaycanlı tələbə oxuyur

ABŞ universitet və kolleclərində rekord sayda azərbaycanlı tələbə oxuyur

15 Noyabr 2011, 13:48

ABŞ Dövlət Departamentinin Təhsil və Mədniyyət İşləri üzrə Bürosunun dəstəyi ilə Beynəlxalq Təhsil İnstitutunun açıqladığı illik “Açıq Qapılar (Open Doors) 2011” hesabatına əsasən, 2010-2011 təhsil ilində ABŞ-ın ali təhsil müəssisələrində 440 azərbaycanlı tələbə qeydiyyatdan keçib ki, bu da 5 il bundan əvvəlki dövrlə müqayisədə iki dəfə çoxdur. Eyni zamanda bu göstərici əvvəlki illə müqayisədə 8% artıb. Bu, ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayının artığını göstərən  4-cü ardıcıl ildir və ən yüksək göstəricidir. 

Modern.az
saytı xəbər verir ki, Amerikada təhsil alan tələbələrin sayı əsasən Azərbaycanda fəaliyyət göstərən Education USA təmsilçiləri olan Bakı Təhsil Məlumat Mərkəzi (BTMM), Gəncə Təhsil Məlumat Mərkəzi (GTMM) və Sumqayıt Education USA Mərkəzinin fəallığı hesabına mümkün olub. Bu mərkəzlər tələbələrə dərəcə proqramları ilə təhsil almaq imkanları və maliyyə mənbələrinin araşdırılması haqqında geniş və yenilənən məlumat verirlər. Amerikada təhsil almaq istəyən tələbələr üçün BTMM və GTMM-də Education USA mərkəzləri ən müvafiq məktəbi seçmək üçün  məsləhətləşmələr, test imtahanlarına hazırlıq, inşa və ərizələrin hazırlanmasında yardım və ABŞ universitetlərində müxtəlif imkanlar haqında taqdimatlar da daxil olmaqla bir çox resurs təklif edir. Onlar həmçinin ABŞ-ın maliyyələşdirdiyi təqaüd proqramları, o cümlədən FLEX, Global Bakalavr Mübadilə Proqramı, the Edmund Muskie Təqaüd Proqramı, JFDP,  Fulbright Proqramı və başqa proqramlar barədə tələbələri məlumatlandırırlar.

ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Viktoria Sloan məsələ ilə bağlı bildirib:  “Amerika təhsilinin prestiji və keyfiyyətinə görə xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrin əsas seçimlərindən biri olaraq qalır.  Biz, Birləşmiş Ştatlarda daha çox azərbaycanlı tələbənin təhsil almasını görməyimizə şadıq, çünki bu, ölkələrimiz və vətəndaşlarımız arasında əlaqələri daha da gücləndirir”.

Digər mühüm amil Azərbaycandakı EducationUSA məsləhətləşmə mərkəzləri vasitəsilə ABŞ-da təhsil haqqında geniş və dəqiq məlumatın asan əldə edilə bilməsi və ABŞ kollec və universitetlərinin Azərbaycandan olan tələbələri cəlb etmək üçün artan fəaliyyətidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı