Modern.az

Ağstafa “qış yarmarkası”na hazırlaşır

Ağstafa “qış yarmarkası”na hazırlaşır

Aktual

13 Dekabr 2018, 16:16

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar olaraq 24 - 31 dekabr 2018-ci il tarixlərində Ağstafa rayon İcra hakimiyyətinin  dəstəyi və Ağstafa Aqrar Sənaye kompleksinin təçkilatçılığı ilə Ağstafa rayon sakinləri üçün möhtəşəm “ Qış yarmarkası” keçiriləcək. Yarmarkada 24 dekabr tarixində  konsert proqramı ilə start veriləcək.

Səhnədə tanınmış incəsənət nümayəndələri – Gülyaz və Gülyanaq, Damla, Namiq Qaraçuxurlu, Sevil-Sevinc bacıları, Maestro Ceyhun,  AASK rəqs qrupu, Şeron qrupu, Zakir Əliyev, Samir Cəfərov çıxış edəcəklər. Bundan əlavə 7 gün boyunca  axşam saat 17:00 dan - 22:00 dək uşaq və yeniyetmələrin asudə vaxtlarını daha mənalı keçirtmək üçün yeni il proqramları  və fast-food tipli xidmətlər göstəriləcək. Yarmarkada həmçinin şəhid ailələrinin övladları, kimsəsiz uşaqlar  və imkansız ailələrin övladlarının da iştirakı təmin olunacaq. Hər gün Şaxta baba və Qar qız uşaqlarla rəqs edəcək, əyləncəli oyunlar keçirəcəklər.

Həmin günlərdə fəaliyyət göstərən 20 ədəd köşkdə, uşaqlar üçün yeni il oyuncaqları, suvenirlər, təzə sıxılmış meyvə şirələri , burger və sendiviç , çay və kofe, şirniyyat və ayaq üstü tez hazırlanan yeməklər təklif olunacaq. “Qış Yarmarkası” boyunca hər gün  incəsənət nümayəndələrinin çıxışları, milli rəqs qruplarının   ifaları, regionun ənənəvi saz ustalarının çıxışları  bayram çoşqusunu daha da artıracaq.  Möhtəşəm tədbirdə  Ağstafa əhalisi yanaşı, eyni zamanda paytaxt və digər  bölgə sakinləri, həmçinin turistlər iştirak edəcəklər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi